Güləşçimiz qızıl medal qazandı - EYOF

gulescimiz-qizil-medal-qazandi
Oxunma sayı: 1470

Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) ilk qızıl medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (-45 kq) final görüşündə türkiyəli Umut Çobanı bir neçə saniyəyə 9:0 hesabı ilə məğlub edib və görüş vaxtından tez başa çatıb.

Bununla da Azərbaycan EYOF-da ilk qızıl medalını qazanıb.

Daha bir yunan-Roma güləşçimiz Nihat Məmmədli isə bürünc medal qazanıb.

55 kq çəki dərəcəsində güləşən Nihat türkiyəli Bəkir Atəşi bir neçə saniyəyə 11:0 hesabı ilə qalib gəlməklə görüşün vaxtından öncə başa çatmasına nail olub.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Əbülfəz Nəsirov (55 kq) finalda italiyalı Simone Vinçentso Piroddunu, Murad Haqverdiyev (45) isə gürcüstanlı Nikolozi Santeladzeni sınağa çəkəcək.