Güləşçimizdən bürünc medal

Güləşçimizdən bürünc medal
Oxunma sayı: 699

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə təmsilçimiz bürünc medal qazanıb.

"Qafqazinfo" xəbər verir ki, yığmanın aparıcı üzvlərindən olan Turan Bayramov (65 kq) təsəlliverici görüşdə mübarizəni davam etdirərək Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edib.

Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Türkiyə pəhləvanına qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə qalib gəlsə də, dörddəbir finalda iranlı pəhləvana məğlub olmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi