Gülləkeçirməz Nokia

gullekecirmez-nokia-
Oxunma sayı: 647

Müharibə şəraitində olan Suriyada Nokia markalı telefon sahibinin həyatını xilas edib. “Qafqazinfo”nun məlumatına görə, Nokia X2 telefonunun sahibi döyüşü videoya çəkərkən həyatını itirmək təhlükəsi ilə üz-üzə gəlib. Həmin şəxs məsuliyyətsiz davranaraq silahlı döyüşçülərin yanlarına yaxınlaşıb. Hadisə zamanı operator mobil telefonunu sağ əlində ağız səviyyəsində saxlayıb. Qəfildən telefona güllə atılıb. Lakin Nokia X2-yə dəyən güllə sahibinin həyatını xilas edib. Güllə telefonda ilişib qalıb.

Qeyd edək ki, sözügedən model təxminən 2 il əvvəl buraxılıb.