Gülnarəni atasına döydürən məmurun istefa xəbəri yayıldı

gulnareni-atasina-doyduren-memurun-istefa-xeberi-yayildi
Oxunma sayı: 3772


“Qafqazinfo” Özbəkistan KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbənin sözlərinə görə, İnoyatov qovulub, lakin, o, hələ ki, MTN rəhbərinin qovulduğunu  təsdiq edən sənədi görməyib. Mənbə bildirib ki, İnoyatov təqaüdə göndərilib. 

Yerli media Təhlükəsizlik Xidməti ilə əlaqə saxlamağa çalışsa da, telefonlara cavab verən olmayıb. Özbəkistan prezidentinin mətbuat xidməti isə İnoyatovun istefası ilə bağlı ancaq “Biz belə bir informasiyaya sahib deyilik” deyib. 

Bu günlərdə isə Gülnarə Kərimova tvitter hesabında məlumat vermişdi ki, İnoyatova yaxın adamlar artıq Özbəkistanı tərk ediblər və Latviyadadırlar.  

Qeyd edək ki, bir müddət əvvəl “Forbes” jurnalı Özbəkistan prezidenti İslam Kərimov, böyük qızı Gülnarə Kərimova və ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatovla bağlı qalmaqallı məqalə dərc etmişdi. Məqalədə İnoyatovun Gülnarə Kərimovanın özbaşınalıqları ilə bağlı topladığı kompromatları İ.Kərimova təqdim etməsindən sonra Özbəkistan prezidentinin qəzəblənərək qızını döyməsi, həmçinin onun çoxsaylı şirkətlərini, telekanallarını bağladığı xəbərləri yer almışdı. 

Gülnarə isə özünün tvitter hesabında İnoyatovu atasının hakimiyyətini ələ keçirməkdə ittiham etmişdi.