Gülnarəyə ABŞ-da cinayət işi açıldı - 865 milyon dollarlıq rüşvət ittihamı

gulnareye-abs-da-cinayet-isi-acildi
Oxunma sayı: 1637

Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova və “Uzdunrobita” şirkətinin keçmiş baş direktoru Behzad Ahmedov ABŞ-da çirkli pullar yumaq və 865 milyon dollar həcmində külli-miqdarda rüşvət almaqda ittiham olunurlar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York prokurorluğu məlumat yayıb. 

Məlumatda bildirilir ki, eks-prezidentin qızına qarşı cinayət işi açılıb. 

Prokurorluq qeyd edir ki, baş verən bu hadisə xarici korrupsiya praktikası ilə bağlı qanun tarixində baş verən ən böyük rüşvət halıdır.