Gülşən Bakıya gəlir

gulsen-bakiya-gelir
Oxunma sayı: 700


Bu barədə “Qafqazinfo”ya konsertin təşkilatçıları tanınmış teleaparıcı İlhan Özbay və Əli Hüseynov məlumat veriblər. Türk müğənnisi elə həmin gün paytaxt Bakıda sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Konsert Hotel Jumeirah Bilgah-də gerçəkləşəcək. Təşkilatçılar yeni albomundan olan hitlərlə yanaşı digər albomlarından da ən sevilən və unudulmaz mahnıları tamaşaçılara təqdim edəcəyi konsertdə Gülşənin heyranlarına sürprizlər vəd etdiyini bildiriblər. Müğənnini konsert boyunca Türkiyədən məxsusi dəvət edilmiş rəqqaslar müşayiət edəcəklər. İnanmayacaqsız, amma tam 8 saat sürəcək konsertdə tamaşaçılar arasında müxtəlif uduşlu oyunlar, aksiyalar keçiriləcək. Konsert saat 18.00-da başlayacaq.

Biletlərin qiyməti yerlərə görə 50, 150 və 250 AZN dəyərindədir.