Gülün mühafizəçisi Naxçıvana gedərkən öldürüldü

gulun-muhafizecisi-naxcivana-gederken-olduruldu
Oxunma sayı: 7538

 

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün mühafizəçisi öldürülüb.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK üzvləri İğdırdan Naxçıvana gedən Dilucu sərhəd qapısında polislərin olduğu avtomobilə hücum edib. Hadisə zamanı 12 polis öldürülüb. Ölənlər sırasında sabiq prezident Abdullah Gülün mühafizə xidmətinin üzvü Fehmi Şahinin də olduğu bildirilib.

Keçmiş prezident Abdullah Gül twitter hesabından başsağlığı verib:

“Hər gün yeni bir ağrıyla ürəyimiz yanır. Bu gün də Iğdırdakı terror hücumunda şəhid düşən polislərimiz üçün içimiz qan ağladı. Şəhid düşən övladlarımızdan olan Fehmi Şahin uzun illər mühafizə qrupumuzda idi. Böyük bir kədər içərisindəyik. Bütün şəhidlərimizə Allahdan rəhmət, ağrılı ailələrinə, təhlükəsizlik orqanlarına və bütün millətimizə başsağlığı diləyirəm. "