Gülüstan qalasını qazacaqlar

gulustan-qalasini-qazacaqlar
Oxunma sayı: 1017

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Arxeologiya və Entoqrafiya İnstitutu Numizmatika şöbəsinin müdiri Akif Quliyev məlumat verib: “Prezident İlham Əliyev 2011-ci ili Turizm ili elan edib. Bu səbəbdən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu respublikamızın müxtəlif bölgələrində geniş miqyaslı arxeoloji tədqiqat işlərinə başlayacaq. Həmin bölgələrdən biri də Azərbaycanın qədim elm və mədəniyyət beşiyi olan Şamaxı şəhəridir. Bu ilin iyunundan etibarən Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq”. Qazıntıya Şamaxı-Ağsu arxeoloji ekspedisiyasına Akif Quliyev özü rəhbərlik edəcək.

Qeyd edək ki, Gülüstan qalası VIII – XII əsrlərə aid memarlıq abidəsidir və dövlətçilik tariximizdə özünəməxsus yerə malik olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olub. Qala XII - XIII əsrlərdə köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilib. Qalanın yerləşdiyi ərazi gözəl təbii şəraitə malik olduğundan Gülüstan qalası adlandırılıb.

Nərgiz Ehlamqızı