Gülüşün ən çox yaraşdığı mələklər... - Fotolar

gulusun-en-cox-yarasdigi-melekler
Oxunma sayı: 5743

Badam gözlü, gülüşün ən çox yaraşdığı mələklər... Bu gün onların, həyata +1 olaraq doğulanların günüdür.

 "Qafqazinfo" xəbər verir ki, Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə 2006-cı ildən 21 mart Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur. 

Bəs Daun Sindromu haqqında nə qədər məlumatlıyıq? 

 Daun sindromlu insanlarda bədənindəki hüceyrələrin xromosom dəsti 46 əvəzinə, 47 olur. Bununla da deyə bilərik ki, daun sindromu bir xəstəlik yox, genetik bir fərqlilikdir.

Onların səhhətində bir sıra problemlər - eşitmə və görmə zəifliyi, mədə - bağırsaq sistemində pozuntular, ürək qusurları, əqli inkişaf geriliyi müşahidə olunur. Ancaq daun sindromlu uşaqlar üçün əsas təhlükəni yaradan onların sağlamlığındakı problemlər deyil, onlar haqqında cəmiyyətdə mövcud olan mənfi rəylərdir.

Məhz cəmiyyətin münasibəti baryer yaradır, uşaqlara lazımi dəstəyi almağa mane olur. Onların ailə və cəmiyyət tərəfindən daha çox kömək, diqqət və qayğıya ehtiyacı var.