Gün ərzində 7 nəfər qətlə yetirilib

Gün ərzində 7 nəfər qətlə yetirilib
Oxunma sayı: 645

Meksikanın Puebla ştatında gün ərzində 7 nəfər qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Proceso” portalı məlumat yayıb.

Məlumata əsasən, qətlə yetirilənlərdən üçü futbol meydanında öldürülüb. Belə ki, naməlum silahlılar həvəskarlar arasında keçirilən futbol oyununa gəliblər. Onlar 3 futbolçunu öldürüblər.

Daha 4 nəfər isə San-Pedro-Tlaltnanqo rayonunda güllələnib.

İlkin ehtimala görə, qətllərə cinayətkar qruplaşamalar arasında gedən mübarizə səbəb olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi