Gün ərzində Suriyada 89 nəfər öldürülüb

gun-erzinde-suriyada-89-nefer-oldurulub
Oxunma sayı: 687

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, ötən gün Suriyanın müxtəlif şəhərlərində rejim qüvvələrinin keçirdiyi reydlər nəticəsində 89 nəfər həyatını itirib. Xəbərlərdə BƏƏS qüvvələrinin ölkənin Həma, Dəraa, Hums və digər şəhərlərində müxaliflərə qarşı reydlər keçirdiyi bildirilib.

Habelə müxaliflər paytaxt Dəməşqdə baş verən və 50-dək insanın ölümü ilə nəticələnən partlayışların Əsəd rejiminə bağlı xüsusi dəstələr tərəfindən törədildiyini iddia ediblər. Bu arada BMT və Avropa Birliyi baş vermiş sözügedən partlayışları kəskin qınadığını və belə hərəkətlərin terror aktı olduğunu bəyan edib.

Ölkədə dinc nümayişçilərin təşkilatçısı olan Suriya İnqilab Şurasının açıqlamasında isə Dəməşqdəki partlayışların Kofi Annanın təqdim etdiyi sülh planının həyata keçirilməsinin qarşısını almaq, beynəlxalq ictimaiyyəti yanıltmaq və mülki vətəndaşların qətlə yetirilməsini ört-basdır etmək üçün Bəşşar Əsəd rejimi tərəfindən həyata keçirildiyi iddia edilib.