Günahım...

gunahim
Oxunma sayı: 644

İkincisi: Sizə qarşı qərəzli olduğumu yazırsınız. Əgər doğurdan da Sizə qarşı qərəzim olsaydı “Atəşkəs müharibəsinin sirləri” araşdırmamda (http://qafqazinfo.az/site/AT%C6%8F%C5%9EK%C6%8FS_M%C3%9CHARIB%C6%8FSININ_SIRL%C6%8FRI_%E2%80%93_ARA%C5%9EDIRMA_II_-21819-xeber.html) yazmazdım: “Qoşunların təmas xəttində vəziyyətlə yaxından tanış olan adam kimi deyə bilərəm ki, orada əsgərlərimiz üçün indikindən qat-qat yaxşı şərait yaratmaq olar. Niyə axı Qənirə Paşayevanın deputat seçildiyi dairənin ərazisindən keçən cəbhə xəttində əsgərlər üçün yaradılmış şərait başqalarından yaxşı mənada fərqlənir? Cavab sadədir – çünki Qənirə Paşayeva ona səs vermiş əsgərlərin qayğısına qalır. Çünki Qənirə Paşayeva yerli icra strukturlarını və yerli iş adamlarını hərbi hissələrə yardım etməyə səfərbər edə bilir. Sözsüz ki, bu məsələdə hərbi hissə rəhbərliyinin də müəyyən keyfiyyətlərə malik olması vacibdir. Sözügedən hərbi hissədə rəhbərlik bu keyfiyyətlərə malikdir”.

Üşüncüsü: Sizin yazdığınızdan sitat: “Və sonda əgər siz gerçəkdən səmimi olaraq şəhid ailələrini düşünən biri olsaysınız siz özünüz o ailənin problemini dinlədikdən sonra mənə müraciət edərək bu barədə məlumat verə bilərsiniz. Amma siz bunu etmədiniz. Demək ki, məqsədiniz sadəcə sataşmaq, ləkələməkdir.. Amma yalan ayaq tutar yeriməz deyiblər...”

Mən Azərbaycanın ilk hərbi təyyarəçisi Vaqif Qurbanovun döyüş yolunu araşdıran bir jurnalist olaraq onun halal haqqının tanınmasına çalışmışam və çalışıram. (http://www.youtube.com/watch?v=jFQsdCsOpb4)

Yəqin çoxsaylı “Facebook” dostlarınızın arasında mənim olduğumu unutmusuz. Mən bu dostluqdan istifadə edərək 25 avqust 2012 tarixdə Sizə çox böyük ümidlərlə belə bir məktub yolladım: “Salam! Vaqif Qurbanovun hüquqlarının bərpası üçün nəsə etsəniz Allaha da xoş gedər! (http://www.facebook.com/messages/100003061466349). Amma cavab vermədiniz.

İndi Pərvinin anasının dediklərini Sizə çatdırmaq üçün müraciət etsəydim cavab verəcəyinizi necə təxmin edə bilərdim? Axı Vaqif də bu millətin oğludur, axı Vaqif də şəhiddir. Həm də Vaqif Sizə deputat mandatı verən elin oğludur.

Məhz buna görə Sizə təkrar müraciət etmədim.

Sonda bir daha deyirəm. Hörmətli, Qənirə xanım. Mən nəinki Sizə heç kimə sataşmamışam və sataşmaram da. O ki, qaldı yazdıqlarıma, inanın Allahın özü haqda da əlimdə fakt olsaydı onu da yazardım.