Günay 27 yaşını belə qeyd etdi - Fotolar

gunay-27-yasini-bele-qeyd-etdi
Oxunma sayı: 4838

Gənc müğənni Günay İbrahimli 27 yaşını iki gün əvvəldən qeyd etməyə başlayıb.“Qafqazinfo” xəbər verir ki, o, Xəzər TV-nin canlı efirinə çıxaraq özəl gününü tamaşaçıları ilə birgə qeyd edib. 

Zaur Kamalın aparıcılıq etdiyi proqramda maraqlı anlar yaşanıb. Zaur  bildirib ki, “5-də 5” tarixində studiyada bu qədər gül görməyib. 

İbrahimli ona diqqət göstərən hər kəsə təşəkkürünü bildirib. Günay üçün “Günay” gülü və 303 qızılgüldən ibarət çələngin studiyaya gətirilməsi isə xüsusi diqqət çəkib. 

Efirdə Natavan Həbibi, Səidə Sultan və Elton Hüseynəliyev də iştirak ediblər. Onlar gənc ifaçıya dəstək olduqlarını, bu səbəbdən doğum gününü bir qeyd etdiklərini bildiriblər.