Günay anasının gənclik paltarını geyindi - Fotolar

gunay-anasinin-genclik-paltarini-geyindi
Oxunma sayı: 4371

Müğənni Günay İbrahimli maraqlı bir layihəyə imza atıb. “Qafqazinfo” xəbər verir ki, ifaçı anasının gənclik illərində geyindiyi libasla kamera qarşısına keçib. 

Günay instaqram səhifəsində yazıb ki, həmin paltar 1990-ci ilə aiddir: 

“Əynimdəki bu geyimin yəqin ki, hansısa məşhur brendin builki kolleksiyası olduğunu düşünəcəksiz. Amma elə deyil. Bu paltarı mən dünyaya gəlməmişdən qabaq anam istifadə edib. Onun gənclik illərinin paltarıdır, təxminən 1990-ci ilə aiddir. İndi anamın geyimi mənim üzərimdədir. Məncə əksər gənc qızlar anaların qarderobuna baxsalar gözəl paltarları görüb bəyənəcklər”.