Günay boşanma sualını cavablandırmadı

gunay-bosanma-sualini-cavablandirmadi
Oxunma sayı: 1906


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  restoran çıxışında jurnalistləri görən  cütlük təəccübləndiklərini gizlətməyiblər və iş görüşməsi üçün bir araya gəldiklərini bildiriblər. Üzünə bəzi müalicəvi prosedurlar  etdirən  Günay Musayeva yeni görüntüsü ilə görənləri təəccübləndirib.  

Musayeva "Vedat bəylə iş yeməyinə gəldik. Yeni üz, yeni iş" deyərək həyat yoldaşı Tolga Karellə boşanması haqda ünvanlanan sualları cavabsız qoyub. 

Qeyd edək ki,  Günay Musayeva şəxsi həyatı haqda danışmağı sevmədiyini bildirsə də, həyat yoldaşı Tolga Karel  boşanacaqları haqda yayılan xəbərlərin şayiə olduğunu, oğlu Cahangirin rahatlığı üçün yeni evə köçməyə hazırladıqlarını bildirib. 

Könül