Günay Brillianta söz atdı

gunay-brillianta-soz-atdi
Oxunma sayı: 2797

Müğənni Günay İbrahimli MTV kanalında yayımlanan “3 canlı” proqramına qonaq olub. “Qafqazinfo” xəbər verir ki, verilişin formatı dəyişdirilərək kanalın rəhbəri, sənətçi Rəhim Rəhimli anidən studiyaya daxil olub.  O, proqramın aparıcıları Tofiq Hacıyev və Səbinə Qafarovanı yola salaraq verilişi özü aparacağını qeyd edib.

Günay efirdə maraqlı açıqlamaları ilə yadda qalıb. Sənətçi bir müddət əvvəl xalq artisti Brilliant Dadaşovanın müzakirələrə səbəb olan paylaşımına münasibət bildirib: 

“Tədbirlərin birində səhnəyə çıxmışdıq. Hər il ənənəvi keçirilən konsert idi. Səhəri gün xəbər saytlarında oxudum ki, Brilliant Dadaşova instaqram səhifəsində foto paylaşıb və tək mənim yox, Aygün Kazımovanın da üzünü örtüb. Əslində çox gözəl addım atıb, bizim üzümüzü bayraqla bağlayıb. Bizi daha da ucaldıb. Çox gəşəng bir hərəkət edib”.

Günay daha sonra Rəhim Rəhimlinin “Aygün Kazımova, yoxsa Röya Ayxanı bəyənirsən?” sualına maraqlı cavab verib: 
  
“Aygün Kazımovanı çox sevirəm. Röyanın səsini və iddiasını bəyənirəm. Amma ilkləri Aygün xanımda görmüşəm. Özümü tanıyandan Aygün Kazımovanı çox bəyənmişəm.Bu sevgi davam edir”.