Günay “Buradan atlayacaq” - Fotolar

gunay-buradan-atlayacaq-fotolar
Oxunma sayı: 1237

“Qafqazinfo”nun məlumatına görə, Model “Med Yapımın” hazırladığı və “Show TV” kanalında yayımlanacaq “Ben Buradan Atlarım” yarışmasında iştirak edəcək. Aprel ayından etibarən hər həftənin bazar günü yayımlanacaq veriliş “High Dive” dünya şousunun analoqudur. Yarışmaya Türkiyənin bir çox tanınmışları qatılacaq. 10 həftə yayımlanacaq yarışmada iştirakçılar onlara ayrılmış 3, 5, 7 metrelik tramplindən atlanacaq. Yarışmaçıları münsiflər qiymətləndirəcək. Ankarada Olimpiya hovuzundan canlı yayımlanacaq şouya dəvət alan Günayın yüksəklik qorxusu var. Musayeva üzməyidə bacarmır. Bu səbəbdən model xüsusi üzgüçülük dərsləri keçir. Yarışmanın köməkliyi ilə Günay yüksəklik fobiyasını geridə qoymağa ümidlidir.

Aynur B.