Günay İbrahimlidən “Peşmanam” - Video

gunay-ibrahimliden-pesmanam
Oxunma sayı: 3609

Müğənni Günay İbrahimli “Peşmanam” adlı klipini təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, sözləri Günelə, musiqisi Elvin Abdullayeva məxsus layihə ifaçının “Youtube” səhifəsində yayımlanıb.

Bir neçə gündür ki, müzakirə olunan klipinin rejissoru Ali Fərhaddır, çəkilişlər Bakının Şüvəlan qəsəbəsində baş tutub.

Bundan əlavə, Günay İbrahimli açıqlamasında çəkiliş zamanı qarşılaşdığı çətinliklərdən söz açıb:

“Çəkilişlər gecə saatlarında, soyuq havada və dəniz kənarından baş tutdu. Sona yaxın çox çətin anlar yaşadım. Yağış səhnələri olmalı idi, yağmadığından su aparatı vasitəsi ilə həmin səhnəni çəkdik. Su çox soyuq idi, buna baxmayaraq bu işin öhdəsindən gəldim. Klip artıq başa hazırdır. Yenə komandam- Zümrüd Mirzəliyeva, Lamiyə Ağağababayeva və Nəsir Babayev mənim üçün maraqlı obraz yaratdı. Düşünürəm ki, işimiz bəyəniləcək”.