Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva oğlu Cihangirə ad günü edib.
“Qafqazinfo” xəbər verir ki, ad günündən fotoları sosial şəbəkədə paylaşan model oğluna arzularını yazıb:
“Həyatımdakı ən vacib insanın doğum günü mübarək! Sənə sahib olduğuma görə çox xoşbəxtəm, səninlə fəxr edirəm. Oğlum olduğun üçün çox sağ ol!”.
Qeyd edək ki, Cihangir Günayın türkiyəli aktyor Tolqa Karellə nikahından dünyaya gəlib. Cütlük 2011-2015-ci illərdə ailəli olub.
Nuranə