Günay və Elçin jurnalistlərə açıqlama verəcək

gunay-ve-elcin-jurnalistlere-aciqlama-verecek
Oxunma sayı: 1916


Bu barədə “Qafqazinfo”ya gecənin təşkilatçısı “Azərbaycan Mədəniyyət Studiyası”nın və "Nar" prodakşının rəhbəri Samirə Zeynalova məlumat verib. O bildirib ki, jurnalistlərlə görüş sentyabrın 16-da "Sappire" oteldə baş tutacaq. Mətbuat konfransında bu və digər konsertlərlə bağlı jurnalistlərə məlumat veriləcək.

Qeyd edək ki, konsert oktyabrın 16-da Moskvada “B2” klubda keçiriləcək. “Azəri Party” adlı gecədə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq.

Konsertin aparıcıları ATV-də yayımlanan “Piknik” verilişindən tanıdığımız Kəmalə Piriyeva və İslam Mehrəliyev olacaq. Təşkilatçı S.Zeynalova onu da əlavə edib ki, noyabrın 21-də Moskvada xalq artisti Alim Qasımovun konserti də gerçəkləşəcək. Gecənin aparıcısı isə Zaur Nəboğlu olacaq. 


Könül