“Günaya 5 minlik SMS göndərmişəm”

gunaya-5-minlik-sms-gondermisem
Oxunma sayı: 3252

Müğənni Roza Zərgərli “ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının qonağı olub.  

“Qafqazinfo” xəbər verir ki, ifaçı həmkarı Günay İbrahimlini tənqid edib:  ““Eurovision” milli seçim turlarında bu qıza 5 min manatlıq SMS göndərmişəm. Özümü zorlasam evdə onun kağızlarını da tapa bilərəm. Daha sonra “Roza xanım” “Roza” oldu. 

Mənim üçün Günay ulduz deyil. Onun üçün 5 min manatlıq səs göndərən Roza xanım, bir həftə sonra Roza olmamalı idi. Populyarlıq insanı çaşdırmamalıdır. Biz 18 ildir ki, tamaşaçılara özümüzü təsdiq edirik”.