Günaydan sevgili xəbərinə reaksiya - “24 yox, 30 yaşı var”

Günaydan sevgili xəbərinə reaksiya
Oxunma sayı: 1766

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva özündən 7 yaş kiçik sevgilisinin olması barədə yayılan xəbərə aydınlıq gətirib. 

 “Qafqazinfo” xəbər verir ki, Musayeva mətbuatın yazdığı kimi rejissor Hürriyet Berkay İnanın 24 yox, 30 yaşı olduğunu bildirib:

Bundan başqa, model bildirib ki, rejissorla çox yaxın dost münasibətləri var:

“O, mənim sevgilim deyil. Mənim ən yaxın dostlarımdan biridir. Özüdə onun 24 yox, 30 yaşı var. Jurnalistlər birinci dəfə deyil mənim haqda bu cür şayiələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər”.

Qeyd edək ki, ötən gün Posta qəzeti Günayın H. B İnan ilə sevgili olması barədə məqalə dərc etmişdi. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi