Günayı ağladan mahnı

gunayi-agladan-mahni
Oxunma sayı: 2327


 “Qafqazinfo”nun məlumatına görə, müğənni “Şou+” verilişində mahnını Aygün Kazımovanın ifasında eşidəndə ağladığını bildirib: 

 “Mən bilmirdim ki, Aygün xanım bu mahnını oxuyub. “Biletini alma” mahnısına o qədər vurulmuşdum ki, ilk dəfə Aygün Kazımovanın ifasında radioda eşidəndə ağladım. Bu mahnını Ramal İsrafilov mənim üçün yazmışdı. Mənə zəng edib dedi ki, belə bir mahnı var, səni hiss edib yazmışam. Görüşdük, mahnıya qulaq asıb ilk dəfədən oxudum. Mahnı elə gözəl idi ki, gözlərim dolmuşdu. Ramalla maliyyə baxımından razılaşa bilmədik. Ramalın mahnıları bahalı olur”.