“Günayla aramızda inciklik var...”

gunayla-aramizda-inciklik-var
Oxunma sayı: 677

“İndi müğənnilər arasında rəqabət yoxdur. Elə bir hal yaranıb ki, biz nə istədiyimizi bilmirik”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Sevda Yahyayeva deyib. Sənətçi bildirib ki, müğənnilər arasında rəqabət yox dərəcəsindədir:

“İnsan başını itirmiş kimi olur. İllər öncəyə baxırıq, ancaq həmin rəqabətin şahidi olmuruq. Hər kəs öz işinin məsuliyyətini hiss edir, işini görür. Yeni nəsil ifaçılar çətin bir dövrə düşdülər. İstedadı olan gec-tez parlayacaq”. 

Sevda həmkarı Günay İbrahimli ilə aralarında yaranan soyuq münasibətdən danışıb:

“Mən Günay İbrahimli ilə küsməmişəm. Xırda bir inciklikdir. Ümumiyyətlə, kinli bir xanım deyiləm. Bütün həmkarlarıma uğurlar diləyirəm”.