Günboyu 0 tarifində pulsuz danışıq vaxtını 17 saata qədər artırıldı

gunboyu-0-tarifinde-pulsuz-danisiq-vaxtini-17-saata-qeder-artirildi
Oxunma sayı: 1172


Yeni artım tətbiq edildikdən sonra bu tarifdə olan abunəçilər əvvəlki 10 saat əvəzinə indi 17 saat (gecə 01:00- dan növbəti gün saat 18:00- a qədər) şəbəkədaxili pulsuz danışacaqlar. Vaxt artımına baxmayaraq gündəlik ödəniş dəyişilməz, 29 qəpik olaraq qalır.

Bu 17 saatlıq pulsuz danışıq fürsəti Günboyu 0 tarifində olan bütün abunəçilərə mövcud və ya yeni abunəçi olmasından asılı olmayaraq şamil olunur. Yeni abunəçilər Günboyu 0 tarifində olan nömrə aldıqda 5 AZN bonus əldə edirlər. Beləliklə, onlar gündəlik xərclərini ödəmək üçün 5 AZN bonusdan istifadə etməklə bu səfəli tarifi əlavə vəsait xərcləmədən sınaqdan keçirə bilərlər.

Yeni abunəçi Günboyu 0 tarifindən hər hansı digər Bakcell tarifinə keçmək fikrinə gəlsə, onun üçün bu imkan ilk dəfə pulsuz təqdim olunacaq.

İstənilən Bakcell abunəçisi *138*9#YES kodunu yığmaqla Günboyu 0 tarifinə pulsuz qoşula bilər.