Gündüz Abbaszadə Türkiyədə gündəm oldu - Fotolar

gunduz-abbaszade-turkiyede-gundem-oldu
Oxunma sayı: 13429

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qalatasaray” evdə “Porto”nu qəbul edib. “Qafqazinfo” xəbər verir ki, İstanbul klubunun 2:3 hesabı ilə uduzduğu matçı Azərbaycanda “CBC Sport” kanalı yayımlayıb. 

Qarşılaşmanı şərh edən Gündüz Abbaszadə xüsusi diqqət çəkib. Onun şərhi qardaş ölkədə gündəmə çevrilib. Sosial şəbəkədə bir xeyli azarkeş “azeri spiker” həştəqi ilə paylaşımlar ediblər. 

Türkiyənin tanınmış aparıcısı və aktyor Behzat Uyqur da Abbaszadənin şərhinə diqqət çəkib.