“Günə 10 min qazanıram, heç toylara da ehtiyacım yoxdur”

gune-10-min-qazaniram-hec-toylara-da-ehtiyacim-yoxdur
Oxunma sayı: 4851


“Qafqazinfo” Gecce.az-a istinadən xəbər verir ki, adını açıqlamadığı həmkarı ilə mübahisəsi düşən Günel, çıxış yolu olaraq məhkəməyə əl  atmağı düşünür. O deyir ki, bu söz-söhbətlərdən ailəsində problemlər yaranıb.

“ Heç vaxt onun qabağından qaçmıram. Sadəcə abır-həyamı gözləyirəm. Hədə-qorxu gəlmirəm. Qanun yolu ilə ilə sözümü deyəcəm. Mənə böhtan atıb. Onu məhkəməyə vermişəm. Anamın 66 yaşı var. Ürəy ağrısı tapıb. Hamı deyir ki, ona fikir vermə. Özünə səninlə reklam etmək istəyir.  Ağıllı ol, onsuzda səninlə bağlı tədbirlər görülüb. Mən çox yaxşı bilirəm ki, səni öyrədənlər kimlərdir. “

İfaçı ona qarşı atılmış addımları qısqanclıqla əlaqələndirir. Onun dediyinə görə, gənc yaşda olmasına baxmyaraq, çox pul qazanır. Günelin qanlı-bıçaqlı olduğu həmkarı ilə vaxtilə rəfiqə olduqları da  deyilib.

“Allah eləməsin mənim elə rəfiqəm olsun.  Bu gün Günel Məhərrəmova istədiyi pik nöqtəsinə çata bilib. Güneli sevən, məclisinə dəvət edən  insanlar var.  Gün ərzində 3-4 şou proqramlarda iştirak edirəm. Hesablasaq, 10 min manat pul qazanıram. Heç toylara getməyimə də ehtiyac yoxdur.Onlar da bunu yaxşı bilirlər".