Günə qəza ilə başladıq

gune-qeza-ile-basladiq
Oxunma sayı: 648

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Bakı-Quba yolunun 95-ci kilometrliyində "Azərkörpü" tikinti şirkətinə məxsus 1971-ci il təvəllüdlü Abdullayev Faiq İsmayıl oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili "Aztrans" tikinti şirkətinə məxsus vətəndaş tərəfindən idarə olunan "Shaqman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla sürücünün meyidi avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 07:47-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır