Günel 3-cü nişanlısından ayrıldığını təsdiqlədi

Günel 3-cü nişanlısından ayrıldığını təsdiqlədi
Oxunma sayı: 2562

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova nişanlısından ayrılmağını təsdiqləyib. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Cem Ozan Torunlardan münasibətini bitirməyi barədə xəbərlər yayılsa da, Günel sözügedən məlumatı təsdiqləməmişdi. 

Müğənni bu dəfə rəsmi instaqram hesabından özəl həyatı ilə bağlı doğru qərar verdiyini açıqlayıb:

“Özəl həyatım, mənim üçün ən doğru və xeyirli olan qərarı iş həyatımda da etdim. Artıq “Torunlar ajans” və onların əməkdaşları ilə olan münasibətimə nöqtə qoydum”.  

Qeyd edək ki, “Torunlar Ajans” Günelin nişanlısı Cem Ozan Torunların ailəsinə məxsusdur. 

Xatırladaq ki, Günel münasibətləri ilə tez-tez gündəmə gəlib. Belə ki, o,daha əvvəl hazırda həbsdə olan tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi