Günel “Bir adam var” dedi

gunel-bir-adam-var-dedi
Oxunma sayı: 3146

Türkiyədə yaşayan müğənni Günel Zeynalova sözləri və musiqisi özünə aid olan “Bir adam var” adlı mahnısına klip çəkdirib.

“Qafqazinfo”  xəbər verir ki, ekran işinin çəkilişlərində ifaçı evindəki pianinodan istifadə edib. O, açıqlamasında qeyd edib ki, bu onun cehizidir. 

Qeyd edək ki, lirik mahnı Türkiyədə lentə yazılıb və rejissor İrem Haykır mahnıya ekran həyatı verib.