Günel əməliyyat olundu

gunel-emeliyyat-olundu
Oxunma sayı: 4068

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova əməliyyat olunub. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib. Günel eksimer lazer əməliyyatından əvvəl video paylaşaraq gözlərində problem yarandığını bildirib:

“Gözlərim uzağı yaxşı görmür, eynəkdən istifadə edirdim. Səhnədə çox çətinlik çəkirəm. İndi bu problemdən xilas olmağın vaxtıdır”.