Günel Hümbətova Zöhrab Ağayevlə üz-üzə gəldi

gunel-humbetova-zohrab-agayevle-uz-uze-geldi
Oxunma sayı: 2606

Z.Ağayev məsələ ilə bağlı açıqlamasında ilk olaraq insidentin gecə klubunda baş vermədiyini bildirdi. Aralarında baş verən qalmaqala gəlincə isə, klipmeyker qətiyyətlə teleaparıcını təhqir etmədiyini dedi: "Bəli, aramızda dava olsa da, heç kimin şəxsiyyətini təhqir etmək istəmirəm. Çünki o da kiminsə övladıdır. Günelə bir söz demək istəyirəm. "Hayla gələn, vayla gedər". Mənim bir söz deməyimə ehtiyac yoxdur. Hamımız çox gözəl bilirik, sən efirə, televiziyalara necə gəlmisən, necə aparıcı olmusan. Sən get ən azından elədiklərimin 10%-ni et, sonra mənə söz de".

Zöhrab Ağayev insidentə səbəb kimi teleaparıcının onu aldatmasını göstərdi: "Bəli, bu qız məni aldatdı. İşlədiyi televiziyanın rəhbərliyi altında mənimlə tam başqa danışıq apardı. Aparıcısı olduğu "SOY Production"nın layihəsi olan “Plus-minus” şou verilişində mənim rejissoru və prodüseri olduğum "Maykl Cekson kraldan da artıq" filmi ilə bağlı reportaj hazırlayarkən mənə tamam başqa söz verdi. Veriliş efirə getdikdə isə tamam başqa reportajın şahidi olduq. Məndən eksklüziv materialları alıb, öz adıyla verib. Aysel Teymurzadənin, Sevda Yəhyayevanın bizim filmdə gedən eksklüziv kadrlarını alıb, amma sonucda özü üçün veriliş hazırlayıb. Sujetdə mənim çəkdiyim filmdən danışıldı, amma bir dəfə də olsun adım hallanmadı. Əslində isə o sujetin verilişdə getməsini ondan mən istəmişdim və aramızda sövdələşmə olmuşdu. Özü bilir mən nəyi nəzərdə tuturam. Günel Hümbətova məni aldatdı, sövdələşməmizi pozdu”.

Teleaparıcı Günel Hümbətova isə “Qafqazinfo”ya açıqlamasında rejissor Zöhrab Ağayevin bütün iddialarını təkzib etdi: "Bəli, "Maykl Cekson kraldan da artıq" filminin rejissoru kimi ondan müsahibə götürmüşdüm. Amma müəyyən səbəblər üzündən rəhbərlik Zöhrab Ağayevin müsahibəsinin efirə verilməsini istəmədi. Bu məsələdə mənim heç bir günahım yoxdur".

Aynur