“Günel Məhərrəmova gedib qabyuyan işləsin”- - Qalmaqal

gunel-meherremova-gedib-qabyuyan-islesin-
Oxunma sayı: 9338


“Qafqazinfo” xəbər verir ki, Tabloid.az saytına müsahibə verən Afaq Aslan yenidən bu məsələyə toxundu, həmçinin yaradıcılıq planlarından və istirahətindən danışdı.

-Bu yay harada dincəlməyi planlaşdırırsınız?

-Dubaya getmək istəyirəm. Orada olmaq arzumdur. Amma hələ ki, başım yaradıcılıq işlərimə qarışıb. Yeni klipimin çəkilişləri ilə bağlı Türkiyəyə gedəcəyəm. Həmin vaxt orada istirahət etməyi də düşünürəm.

- Ötən həftə tabloid.az-a açıqlamanızda  Günel Məhərrəmovaya geyimi ilə bağlı məsləhətlər vermişdiniz. Bu gün o, ikinizin müqayisəli fotolarını paylaşıb...   

-Xəbərim var, gördüm. Buna çox güldüm. Niyə mənim kimi zövqlü müğənni ilə zövqsüz insanın şəkilləri müqayisə olunur?! Özümə rəva bilmirəm ki, şəkillərim bizim müğənnilərlə müqayisə olunsun. İkinci tərəfdən isə müğənni özünə baxmalıdır. Gözəl görünməyə çalışmalıdır, baxımlı olmalıdır. Hər zaman bədən ölçülərini qorumalıdır. Kökəlməməlidir!  Müğənninin bədənində artıq ətlər, qüsurlar varsa, o, mütləq stilistə müraciət etməlidir. Məhz stilistin sayəsində münasib libaslarla artıq çəkisinin gözə görünməməsinə nail ola bilər. Güneli ona görə zövqsüz hesab edirəm ki, o  gündəlik geyimlə səhnə geyimini qarışdırır. Elə geyimlər geyinir ki, hətta bədənində gözə görünməyən qüsurlarını da ortaya qoyur. Günel mütləq stilistlərə müraciət etməlidir ki, geyinərkən bədənindəki artıq ətləri çox gözə dəyməsin.

-Günel Məhərrəmovaya bir həmkar olaraq məsləhət görürsünüz ki, geyimlərinə fikir versin. O, bu açıqlamalarınızı cavabsız qoyur. Olmaya, sizdən inciyib?

-Bunun nəyi pisdi ki? Deyəsən, o, artıq mənim məsləhətimi eşidib. İdmanla məşğul olmağa başlayıb. Amma o, nə qədər idmanla məşğul olsa da, insanın bədən ölçüləri və bədən quruluşu gendən gəlir.  Havayı şeydi... Heç kim Afaq Aslan ola bilməz (gülür).

- Sizcə həmkarınız niyə iradlarınıza  cavab vermir. Onun susqunluğunun səbəbi nədir?

-Bir məsələ var: susmaq razılıq əlamətidir. Yəqin ki, mənim onda tutduğum nöqsanlarla özü də razıdır. Ona görə də susur.

-Yerli şou-biznesdə başqa hansı müğənniləri zövqsüz hesab edirsiniz?

-Əslində, zövqlü və zövqsüz hesab etdiyim müğənnilərin adlarını sadalaya bilərəm. Sadəcə olaraq, ilk ağlıma gələn müğənni Güneldir. “Zövqsüz müğənni” deyəndə gözümün önündə Günel Məhərrəmova canlanır. Çünki onu bir neçə dəfə səhnədə izləmişəm. Məndə elə təəssürat yaradır ki, sanki mətbəxdə yemək bişirdiyi zaman əynində olan geyimlə səhnəyə çıxıb, əlinə mikrofon alıb oxuyur. Günel Məhərrəmova müğənni olmaq əvəzinə, gedib qabyuyan işləsin.  Onun evdə yemək bişirdiyi geyimlə səhnəyə çıxıb, mahnı ifa etməkdənsə,ev  işləri ilə məşğul olmağı daha məsləhtdir.

-Son vaxtlar efirlərdə az görünürsüz. Bu nə ilə bağlıdır?

-İnsanların gözünü çox yormaq istəmirəm. Sonra deyəcəklər ki, sənətə təzə gəlib. Amma görməmiş kimi efirlərdən düşmür. Həm də ki, sevgilimlə münasibətlərimdə azacıq problem yaşayan kimi depressiyaya düşürəm.

-Bəs siz özünüzü necə formada saxlayırsınız?

-İstədiyim yeməyi yeyirəm. Pəhriz saxlamıram. Üzgüçülüklə məşğul oluram. Uşaqlıqdan bədən quruluşum belədir. Qadının gözəlliyi incəliklə, arıq olmaqla ölçülmür. Azərbaycan qadını hər zaman öz xanımlığını qorumalıdır. Davranışlarına fikir verməlidir. Məsələn, mənim şəkillərimə baxanlar deyir ki, ay Allah, bu nə yekəxanadır... Davakardır... Amma məni həyatda tanıyanlar, deyirlər ki, sakit xasiyyətlisən.

-Hər zaman açıq-saçıq geyinirsiniz?

-Əslində, adi həyatda açıq geyinmirəm. Şəkillərimdə elə imic yaratmışam ki, elə bilirlər, gündəlik həyatda da açıq-saçıq geyinirəm. Daha çox klassik geyimləri sevirəm.

-Qarderobunuzu tez-tez təzələyirsiniz?

-Hə..

-İl ərzində geyiminizə nə qədər pul xərcləyirsiniz?

-Çox pul xərcləyirəm. Amma məbləğ deyə bilmirəm. Onu deyim ki, qarderobumda bahalı firmalardan geyimlər çoxdur. Lakin adi mağazalardan bəyənib aldığım geyimlər də var. Qarderobumda ən bahalı geyimin qiyməti 4500 manatdır. Geyimlərimi ən çox Moskvadan alıram.