Günel nişanlısı ilə barışdı - Foto

gunel-nisanlisi-ile-barisdi
Oxunma sayı: 715

Türkiyədə yaşayan müğənni Günel Zeynalova nişanlısı Cem Ozan Torunlarla barışıb.

“Qafqazinfo” xəbər verir ki, müğənninin nişanlısı İnstaqram hesabında birlikdə çəkdirdikləri şəkillərini paylaşaraq “Hər zamankı kimi. Həyat sevincə gözəl” şərhini yazıb.

Xatırladaq ki, cütlüyün ayrılma xəbəri ötən ay yayılıb.

Xəbərdə qeyd olunurdu ki, sənətçi bir neçə ay bundan əvvəl münasibətlərinə son qoyub. Həmçinin, cütlük İnstaqramda bir-birilərini izləməkdən imtina edib. Amma Cem Günelin dostlarını və fan səhifələrini “follow” siyahısında saxlayıb. Bundan əlavə, Cemin səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Müğənni nişanlısını ziyarət etməyib, onunla bağlı heç bir post paylaşmayıb.