Günel Rza Zərrabdan yazdı - “Haqlı idim...”

Günel Rza Zərrabdan yazdı
Oxunma sayı: 3335

Bir müddətdir ki, Türkiyə gündəmini zəbt edən Günel Zeynalova mətbuat orqanlarına müraciət edib.“Qafqazinfo” xəbər verir ki, müğənni instaqramda paylaşım edərək adının tez-tez eks-nişanlısı Rza Zərrabla hallanmasına etiraz edib. 

O, “Ebrunu Rzayla Günel tanış etdi” başlıqlı xəbərlərdən narahat olduğunu bildirib:

“Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və üzülürəm. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir.  Bir zamanlar bu mövzuda yenə haqlı idim. 

Amma zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri adımı qaralamışdı. İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardız. 

Dəyərli jurnalist dostlarım! Türkiyəyə gəldiyimdən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq istəyirəm ki, sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab verəcəklər”. 

Qeyd edək ki, Türkiyənin məşhur köşə yazarı Esin Övet də müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazı yazmışdı.O, Rza Zərrabın məşhurluq üçün hər iki xanımdan istifadə etdiyini bildirmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi