Günel Tatlıseslə barışdı

gunel-tatlisesle-barisdi
Oxunma sayı: 3592

Türkiyədə “Azəri qızı Günel” olaraq tanınan Günel Zeynalova İzmirdə “mənəvi atam” dediyi İbrahim Tatlısesi ziyarət edib.

“Qafqazinfo” Türkiyə Kiv-nə istinadən xəbər verir ki, Günel instaqram hesabından Tatliseslə paylaşdığı şəklin altından bu cümlələri yazıb: “ Yaxşı ki, varsan imperator...bombalarla gəlir. Bu arada bu qədər istirahət bəsdi. Qulaqlarınızın pası silinəcək” 

Xatırladaq ki, Günellə Tatlıses arasında mahnı üstündə inciklik yaranmışdı.  Bu barədə Günel Türkiyə KİV-lərinə açıqlamasında “ondan mahnı istədim, əvvəlcə razılıq versə də, sonra icazə vermədi oxumağıma. Ona görə çox incimişəm”-deyə bildirmişdi. 

Ülviyyə