Güneldən sevgili xəbərinə reaksiya - Yenilənib

Güneldən sevgili xəbərinə reaksiya
Oxunma sayı: 6556

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova ilə həmkarı Orhan Ölmez sevgilidir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında məlumat verilib. 

Proqramın aparıcılarından Bircan İpek cütlüyün bir müddətdir ki, eşq yaşadığını bildirib.

Xatırladaq ki, Günel münasibətləri ilə tez-tez gündəmə gəlib. Belə ki, o, hazırda həbsdə olan tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb. Günel üçüncü sevgilisi Cem Ozanla münasibətinə isə ötən ilin noyabrında nöqtə qoyub.  

***

Günel Zeynalova “Qafqazinfo”ya açıqlamasında sözügedən məlumatın doğru olmadığını bildirib: "Bu xəbərlər hardan yayılır bilmirik. Belə şayiələr məni və ailəmi incidir".



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi