“Günelə Rza Zərrab tərəfindən böyük bir haqsızlıq edildi” - - Günay Musayeva

gunele-rza-zerrab-terefinden-boyuk-bir-haqsizliq-edildi-
Oxunma sayı: 5245


Türkiyədə proqramlardan birində qonaq olan azərbaycanlı model Günay Musayeva da Rza Zərrabın həbsinə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, Zərrabın keçmiş sevgilisi Günel Zeynalova ilə yaxın rəfiqə olan Musayeva iş adamının Azərbaycandakı yaxın dostlarını da aldatdığını bildirib:

“Günelə Rza Zərrab tərəfindən böyük bir haqsızlıq edildi. Günel Rza Zərrabdan heç bir şey almadı.Ebru Gündeş üçün aldığı yalılardan bəhs edilir. Kaş ki, Rza Günelə bir çiçək alsaydı...”

Rza Zərrabın Ebru Gündeş, İbrahim Tatlıses kimi məşhurlarla Günel sayəsində tanış olduğunu deyən Musayeva iş adamının Azərbaycandakı yaxın dostlarını da aldatdığını iddia edib:

“Aldadılan dostlarımın da uşaqları vardı. Rza Zərrab onları qurban etdi. Bunlar Azərbaycanda məlum şeylərdir”.