Günelin müğənni qardaşı həbs olundu

gunelin-mugenni-qardasi-hebs-olundu
Oxunma sayı: 649

Polisin qanuni tələbinə məhəl qoymayan müğənni idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina edib. Bu zaman yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. T. Rəhmanoğlu yol polisinə müqavimət göstərib.

Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T. Rəhmanoğlunu saxlayaraq barəsinin inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar.

Məhkəmənin qərarı ilə T. Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.