Günellə Tunarın yeni klipi- - Video

gunelle-tunarin-yeni-klipi-
Oxunma sayı: 1659


“Qafqazinfo”nun məlumatına görə, ekran işi haqda məlumat verən Azəri qızının Azərbaycan üzrə PR meneceri Şahin Cavadsoy klipin eksklüziv olaraq “Kral TV”də yayımlandığını bildirib: 
 
"Əslində bu klip yay vaxtı çəkilmişdi, sadəcə Günel və Tunar mahnının ab-havasına uyğun olaraq bu ekran işini payızda təqdim etməyi lazım bildilər.

Sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Tunarın özünə məxsus olan mahnıya Türkiyənin tanınmış rejissoru Hasan Kuyucu ekran həyatı verib. 

Ağ-qara kadrlardan ibarət olan klipdə baş qəhrəman obrazlarını elə səbəbkarların özləri canlandırıblar. 
Əminik ki, peşəkar komandanın ərsəyə gətirdiyi "Səndən insaf dilər yarın"ın klipi Günel və Tunarın Azərbaycandakı heyranları tərəfindən də rəğbətlə qarşılanacaq". 

Qeyd edək ki, sözügedən mahnının ilk ifaçısı Türk musiqisinin imperatoru, Güneli Azəri qızı kimi qardaş ölkədə tanıdan İbrahim Tatlısesdir. 

Könül