Günəş sistemində daha iki planet - Alimlərdən iddia

gunes-sisteminde-daha-iki-planet
Oxunma sayı: 650

Arizona Universitetindən olan astronomlar Kathryn Volk və Renu Malhotra, Günəş sistemində daha iki planetin olma ehtimalını irəli sürüblər.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, alimlər bu ehtimalı asteroidlərin qeyri-adi hərəkətləri və Koyper kəmərindəki cırtdan planetlərin hesabına irəli sürüblər.

Onların sözlərinə əsasən X planetinin kütləsi Yerdən 10 dəfə çoxdur və Günəşdən 41 milyard kilometr uzaqlıqda yerləşir. Planet Günəş ətrafında tam dövrə vurması üçün 15.000 il lazım olur. Bu səbəbdən onu aşkar etmək çox qəlizdir.

İkinci planet isə Marsla eyni ölçüdədir. Alimlər Koyper kəmərinin müxtəlif hissələrində olan obyektlərin orbitlərini müşahidə ediblər. Müşahidə zamanı cırtdan planetlərdən ibarət iki qrupu aşkar olunub. Həmin planetlər maraqlı əyilməyə sahibdirlər və Günəş sisteminin sərhədlərində yerləşən obyektlərə nəzərən daha dartılmış şəkildə orbitləri var.

Birinci qeyri-adi özəlliyə sahib cırtdan planetlər qrupu X planeti ilə, ikinci qeyri-adi özəlliyə sahib qrup isə digər böyük planet ilə əlaqəlidir. Mars ölçüsündə olan planet, Koyper kəmərinə yaxın hissədə yerləşir və onun aşkar edilməsi daha tez baş verə bilər. Çox güman ki, qalaktikamızın parlaq diski həmin planetin parlaqlığını əks etdirməyə imkan vermədiyi üçün teleskoplar vasitəsilə aşkar edilməmişdir.