Günəş sistemindən kənarda böyük kəşf

gunes-sisteminden-kenarda-boyuk-kesf
Oxunma sayı: 2461

İngiltərənin Ekseter Universiteti “Hubble” teleskopu vasitəsilə Günəş sisteminin xaricində helium qazı aşkar ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, helium qazı Yer planetindən 200 işıq ili uzaqlıqda “WASP-107b” adı verilən kənar planetin atmosferində tapılıb.

Araşdırmanı aparan qrupun rəhbəri Cessika Speyk bildirib ki, bu vaxta qədər Günəş sistemindən kənar planetlərdə helium qazı aşkar edilməmişdi:

“Helium Yerdə hidrogendən sonra ən çox rast gəlinən ikinci elementdir. Yupiter və Saturn planetləri heliumdan ibarətdir. Lakin, kənar planetlərdə bu elementlə ilk dəfədir rastlaşırır”.