Günəşə bənzəyən ulduz kəşf edildi

gunese-benzeyen-ulduz-kesf-edildi
Oxunma sayı: 1523

Yer planetindən 184 işıq ili uzaqlıqda Günəşə çox bənzəyən ulduz kəşf edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, həmin ulduz Portuqaliyanın Astrofizika və Kosmik Elmlər İnstitutunun mütəxəssis qrupunun “Gaia” teleskopu vasitəsilə araşdırması zamanı ortaya çıxarılıb.

Beynəlxalq araşdırmaçı qrupu “Günəşin ailəsini” tapmaq üçün etdiyi araşdırmada “Süd yolu” qalaktikasında 17 min ulduzun kimyəvi quruluşunu, hərəkətlərini və yaşını incələyib.

Əldə edilən nəticələr əsasında 4,5 milyard yaşı olduğu düşünülən ulduzun Günəşə bənzərliyi müşahidə edilib. Həmin ulduza şərti olaraq HD186302 kod adı verilib.