Günəşin 7-ci cəhdi də boşa çıxdı

gunesin-7-ci-cehdi-de-bosa-cixdi
Oxunma sayı: 1572

Ötən həftə sonu Belarusu “Eurovision- 2018” mahnı müsabiqəsində təmsil edəcək müğənninin adı məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, birinci kanalda yayımlanan milli seçim turlarının final şousunda bir neçə nəfər mübarizə aparıb. Əslən Azərbaycandan olan Günəş Abbasova “I won't cry” mahnısını ifa edib. 

Amma səsvermə zamanı Aleksev qalib gəlib və ona Belaurusu sözügedən müsabiqədə təmsil etmək hüququ verilib. 

Qeyd edək ki, G. Abbasova 7-ci dəfədir ki, milli seçim turlarında iştirak edib.