Güney Azərbaycanda həbs olunan soydaşlarımızla bağlı- - bəyanat

guney-azerbaycanda-hebs-olunan-soydaslarimizla-bagli-
Oxunma sayı: 1282


“Qafqazinfo” xəbər verir ki, tədbirdə iştirak edənlər Güney Azərbaycanda həbs olunan soydaşlarımızla bağlı bəyanat qəbul ediblər.

Bəyanatda deyilir:

“Fevralın 20 və 21 də Güney Azərbaycanın Əhər, Zəncan, İslamşəhr, Miyana və başqa səhərlərində Beynəlxalq Ana dili günü münasibətilə soydaşlarımızın təskil etdiyi tədbirə Iran təhlükəsizlik qüvvələri basqın edərək, 200-dən artıq milli-mədəni fəal həbs edilmisdir. Həbs edilənlərin 84 nəfərinin adları məlumdur. Onların arasında Abbas Leysanlı,Əkbər Azad, İsrafil Sultanian, Ibrahim Rəşidi, Fərdin Muradpur, Həsən Zarəi və Saleh Molla Abbasi kimi dəfələrlə milli haqları müdafiə etdiyinə görə basqılara məruz qalan fəallar da var.

Nəzərə alsaq ki, yeni prezident Həsən Ruhani seçiləcəyi təqdirdə ölkədə fars dilində danışmayan xalqların haqlarını tanıyacağına dair vəd versə də, bu vədlər hələ də reallaşmayıb.

Konfrans iştirakçıları olaraq İranda yaşayan 30 milyondan artıq Azərbaycan türkünün ana dilində təhsil haqqına sahib olmadığı bir şəraitdə soydaşlarımıza qarşı bu hərəkəti kəskin səkildə pisləyir və onların təcili azad olunmasını tələb edir, beynəlxalq təşkilatları isə Iranda yaşayan 30 milyondan artıq soydaşımızın bu ibtidai haqqına çatmaları üçün ciddi addımlar atmağa çağırırıq”.