Güneyli partiya sədri YAP-dan inciyib

guneyli-partiya-sedri-yap-dan-inciyib
Oxunma sayı: 712

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Mili İstiqlal Partiyasının (AMİP) qərargahında baş tutan tədbiri AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov açıb, konfransın məqsədindən danışıb.

Azərbaycanda bir sıra siyasi partiyalarla görüşdüyünü deyən GAİP sədri, Yeni Azərbaycan Partiyası (YAP) ilə görüşə bilmədiklərini bildirib: “Çox istərdik ki, YAP-la da görüşək, ancaq onlar buna imkan yaratmadı. Zaman məhdudluğumu, ya başqa səbəbdənmi, görüşümüz baş tutmadı.”

Dünya Azərbaycanlıları qurultayından danışan partiya sədri vurğuladı ki, ümumilikdə GAİP-in bu tədbirə dəvət olunması böyük əhəmiyyət kəsb etsə də, o, qurultayda istəklərinin tam əks olunmadığını deyib: “Biz qurultaya dəvət olunsaq da nə bizə, nə də digər güneyli təmsilçilərə çıxış üçün söz verilmədi. Söhbətlərdə də güney probleminə toxunulmadı”.

Fatimə Kərimli