Günün nəbzi...

gunun-nebzi-
Oxunma sayı: 688

“Qafqazinfo”xəbər verir ki, “Çempionlar Liqa”sı 2012-2013 mövsümünün ilk finalçısının adı bu gecə bəlli olacaq. Bəlkə də atıq bəllidir. Bir həftə bundan qabaq öz meydanında “Borusiya Dortmund” “Real Madridi 4-1 hesabı ilə məğlub etməyi bacarıb.

“Real” bu il “Çempionlar Liqa”sı kubokunu 10-cu dəfə başı üzərinə qaldırmaq istəyirsə, “Borusiya”nın qapısından ən azı 3 cavabsız top keçirməlidir. Məhz buna görə tam arxayınçılıqla alman təmsilçisinin finala adladığını demək olmur. Çünki kral klubunun heyətində hər saniyə istənilən nəticəni, kökündən dəyişə biləcək gücdə olan Kriştiyano Ronaldo, Məsud Özil, Kərim Benzema, İquayin kimi ulduzlar var. Ancaq Yurgen Klop və yetirmələrini də yaddan çıxarmaq olmaz. Qiyməti hər gün daha da artan, ötən oyun “Real” kimi komandanın qapısına 4 qol vuran Robert Levandovskini artıq “Bavariya” ilə müqavilə bağlayan, 2 klubun 1 futbolçusu sayılan Mariyo Götzeni, türklərin Məsud Özildən sonra ən böyük peşmançılıq hiss çəkdikləri İlkay Gündoğanı da yaddan çıxarmaq qəti olmaz. Saat kimi işləyən alman sistemi bura qədər gəlibsə, çətin burdan sonra dayana.

İqbal