Günün oyunlarını necə izləyək? - 1/8-in ilk cütləri müəyyənləşir

gunun-oyunlarini-nece-izleyek
Oxunma sayı: 2467

Bu gün 2018-ci il dünya çempionatında qrup mərhələsinin son turuna start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, A və B qrupunda keçiriləcək 4 oyunla növbəti mərhələdə qarşılaşacaq ilk cütlər də müəyyənləşəcək. 

Artıq A qrupunda Uruqvay və meydan sahibi Rusiya 1/8 final mərhələsinə adlarını yazdırıblar. Bu komandalar son turda qrup birincisini müəyyənləşdirmək üçün meydana çıxacaqlar. 

Turnirə qrupda vida edən Misir və Səudiyyə Ərəbistanı isə formal oyunda üz-üzə gələcəklər. 

B qrupunda isə 3 komandanın növbəti mərhələ şansları qalır. Favoritlər Portuqaliya və İspaniyanın 4 xalı olduğundan birinci və ikinci yerləri bölüşdürürlər. İran isə 3 xalla qrup üçüncüsüdür. 

İran millisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq Portuqaliya üzərində qələbə qazanmalıdır. Prineylilər isə bu matçda heç-heçə sayəsində belə növbəti mərhələyə adlaya bilərlər. 

İspaniya isə qrupda xalsız qalan Mərakeşlə üz-üzə gələ bilər. İspanlar heç-heçə ilə növbəti mərhələyə adlamağı bacara bilərlər. 

Əgər Mərakeş İspaniya üzərində 2 top üstünlüklə və daha çox topla qalib gələ bilsə, o zaman İran və Portuqaliya heç-heçə edib növbəti mərhələyə adlaya bilərlər. 

Bundan başqa A və B qrupunda qrup liderləri və qrup ikinciləri müəyyənləşəcək ki, o zaman da 1/8 final mərhələsində üz-üzə gələcək ilk cütlüklər bəlli olacaq. 

Dünya çempionatı, 2018 3-cü tur

A qrupu
18:00. Səudiyyə Ərəbistan – Misir (İdman Azərbaycan, TRT1, Kanal 1 Rusiya)
18:00. Uruqvay – Rusiya (AZTV, İTV, Match TV, TRT Spor)

B qrupu
22:00. İran – Portuqaliya (İdman Azərbaycan, İctimai TV, Matc Tv, TRT Spor)
22:00. İspaniya – Mərakeş (AZTV, TRT1, Kanal 1 Rusiya)