Gürcü deputatlar iclas zamanı davaya çıxdı - Video

gurcu-deputatlar-iclas-zamani-davaya-cixdi
Oxunma sayı: 2362

Gürcüstan parlamentinin deputatları İrma İnaşvili ilə Nika Meliya plenar iclas zamanı davaya çıxıb.

“Qafqazinfo” “Ren TV”yə istinadən xəbər verir ki, millət vəkillərin dava videosu sosial şəbəkələrdə yayılıb. İnaşvili keçmiş hakim partiya “Vahid milli hərəkat”ın hökumətdə olduğu dövrü “cinayətkar rejim” adlandırıb. Bu zaman həmin partiyadan olan Nika Meliya ona cavab verib. İnaşvili bundan sonra rəqibinin yanına gedərək stola əlini çırpıb və kağızları Meliyanın üzünə atıb. Deputatların bundan sonra mübahisəsi daha da alovlanıb.

“Vahid milli hərəkat” Salome Zurabişvilinin prezident seçilməsini qəbul etməyib.