Gürcü deputatlarla görüş keçirildi

gurcu-deputatlarla-gorus-kecirildi
Oxunma sayı: 651

QHT Əməkdaşlıq Alyansının mətbuat katibliyindən “Qafqazinfo”ya verilən məlumata görə görüşdə “ Gürcüstan Azərbaycanlıları Milli Konqresi”nin sədri Əli Babayev, Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev, “Qeyrət” Milli Hərəkatının lideri Əlibala Əsgərov, “Milli Azlıqların Müdafiəsi Monitorinq Qrupu” nun rəhbəri Elbrus Məmmədov iştirak ediblər. Qonaqları Alyansın həmsədrləri Rufiz Qonaqov və Rəfail Becanov, İdarə Heyətinin üzvü Razi Nurullayev, katibləri Nailə İsmayılova, Mahirə Əmirhüseynova, Mütəllim Rəhimli, Qurbanəli Ömər, Əşrəf Əhmədov qəbul ediblər. Rufiz Qonaqov QHT Əməkdaşlıq Alyansının Gürcüstanda fəaliyyət göstərən, xüsusən də soydaşlarımızın təmsil olunduğu QHT- lərlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Daha sonra vətəndaş cəmiyyəti olaraq Gürcüstanda gedən prosesləri izlədiklərini, oradakı həmyerlilərimizin sosial həyatından və problemlərindən narahatlıqlarını ifadə edib.

Alyansın həmsədri Rəfail Becanov Gürcüstanda soydaşlarımızın problemlərindən məlumatlı olduqlarını, xüsusən torpaq və digər sosial çətinliklərinin həllində vətəndaş cəmiyyətinin oynaya biləcəyi rolundan danışıb. Son vaxtlar artan kriminal hadisələrin də bizi narahat etdiyini bildirib.

Görüşdə hər iki tərəf qarşılıqlı razılaşmaya gəliblər ki, QHT Əməkdaşlıq Alyansının Gürcüstana səfəri təşkil olunsun və səfər çərçivəsində orada fəaliyyət göstərən vətəndaş cəmiyyəti insititutları ilə bu məsələlər ətrafında bir fikir mübadiləsi aparılsın. Öyrənilən problemlərlə bağlı Azərbaycan və Gürcüstan hökümətlərinə müvafiq təkliflər verilsin.